PƏRDƏ SEÇİMİ

Bir evin ən vacib aksesuarı pərdələr olduğunu söyləmək olar. Yaşayış sahələrinin restoranların və otellərin bütün görünüşünü dəyişdiriən pərdələri seçərkən nəzərə alınmalı olan bəzi vacib məqamlar var. Pərdə seçimi vacibdir, çünki bəzək əsasını təşkil edir və yaşayış sahəsinin görünüşünü əks etdirir. Pərdə seçərkən rəng, toxuma, dizayn kimi fərqli nöqtələrdə diqqətli olmağ lazımdı. Yaşayış sahəsinin hər detalını təsirli şəkildə dəyişəcək olan məhz pərdələrdi.Pərdə seçimi edərkən unutmayacağınız vacib məqamlar
Dekorasiyada pərdələrin istifadəsi nə qədər vacibdirsə, pərdələrin ikinci plana atılması ehtimalıda yüksəkdir. Bir çox ev sahibləri pərdələrin seçimini ən sonda anda edirlər bu vəziyyət isə çox yanlışdır. Əlbətdəki pərdə seçərkən mebel, ümumi rəng seçimi və əldə etmək istədiyiniz üslubu nəzərə almalısınız. Ancağ bu seçimləri ən sonda buraxmamağı və minimal büdcə ilə etməyi düşünməməlisiniz.

Pərdə seçərkən eyni zamanda pəncərələrin ölçüsü mebel və mebel tərzi kimi bir çox element sizə istiqamət verə bilər və eyni zamanda başınızı çox qarışdıra bilər. Otağınızda birdən çox dəyişən rənglərlə qərar vermək olduğca çətin olur. Bu səbəbdəndə bir çox dekorativ pərdələr seçərkən ağ və ya ağ rəngli riski az olan tonlardan istifadə etməyinizi məsləhət görərik. Hər evin ağ tonda pərdələrdən istifadə etməyəcəyini düşündüyümüzdə, mebelinizə və ümumi bəzək tərzinizə görə hansı pərdələrin seçiləcəyini bilməlisiniz.

Back to Top
Close Zoom